31 dövlət əmlakı özəlləşdirilib

31-dovlet-emlaki-ozellesdirilib
Oxunma sayı: 796

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsi üzrə bu gün növbəti hərracı keçirib. "Qafqazinfo"ya daxil olan məlumata görə, bu dəfəki hərracda ümumilikdə 31 dövlət əmlakı özəlləşdirilib.

Hərracda satılmış əmlakların 3-ü səhmdar cəmiyyəti, 16-sı kiçik dövlət müəssisə və obyekti, 3-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsi olub.

Hərracda iştirak edən iddiaçılardan satışa çıxarılmış əmlak üzrə hərrac qaydalarına əsasən ən yüksək qiyməti təklif edənlər hərracın qalibi elan olunub. 

Hərracda satılmış kiçik dövlət müəssisə və obyektlərindən 6-sı paytaxtda, 2-si Sumqayıt şəhərində, 3-ü Şəmkirdə, 2-si Gədəbəydə, 1-i Xaçmazda və 2-si isə Gəncə şəhərində yerləşir. 

Növbəti hərrac noyabrın 1-də keçiriləcək.