“28 Mall” hələ də bağlıdır - İşıq yanmır... +Yenilənib

28-mall-hele-de-baglidir
Oxunma sayı: 10678

Bu gün səhər saatlarından etibarən “28 mall” ticarət mərkəzinin işıqları yanmır.

Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə ticarət mərkəzinin bağlı qapıları arxasında qalan müştəriləri məlumat yayıblar. Onlar qeyd ediblər ki, “28 mall”un içinə daxil ola bilmirlər.

Qafqazinfo” məsələ ilə əlaqədar “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. O qeyd edib ki, problemdən xəbərdardır: “İşığın olmamasının bizimlə əlaqəsi yoxdur. Ticarət mərkəzinin öz daxili işıq xətlərində qəza baş verib. Ona görə də “28 mall” rəhbərliyi problemin aradan qaldırılması üçün bizə müraciət edib. Hazırda əməkdaşlarımız ordadır və qəzanın aradan qaldırılması üçün çalışırlar”.

***

"28 Mall" ticarət mərkəzində elektrik enerjisinin kəsilməsinin səbəbi açıqlanıb.

Ticarət mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu gün səhər saat 10:00-dan iaşə obyektinə elektrik enerjisinin verilişi dayandırılıb. Buna səbəb ticarət mərkəzinin yüksək gərginlikli elektrik xətlərində nasazlıq yaranması olub. "Hazırda "28 Mall" bağlıdır. "Elektrik xətlərinin təmiri üçün yeni detallar gətiriləcək. Yaxın saatlarda təmir bitdikdən sonra ticarət mərkəzinə girişə məhdudiyyət aradan qaldırılacaq" , - deyə, ticarət mərkəzindən bildirilib.

Foto: Virtualaz.org

Günel Türksoy