Sabah axşamdan yağış başlayır - Güclü külək olacaq

sabah-axsamdan-yagis-baslayir-
Oxunma sayı: 2710

27 yanvarda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 , gündüz 4-7, Bakıda gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Şimal və qərb rayonlarından başlayaraq arabir yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında gündüz güclü xəzri küləyi meteohəssas insanlar üçün əlverişsizdir.