Qala gecəsinə məşhur axını - Fotolar

qala-gecesine-meshur-axini
Oxunma sayı: 4741

Ötən gün “Mahmud Baba” komediya filminin təqdimatı baş tutub.

Qafqazinfo” xəbər verir ki, qala gecəsi Nizami Kino Mərkəzində baş tutub.

Təqdimatda şou və kino dünyasının tanınmış simaları qatılıb.

Gecədə Həmidə Ömərova, Sənubər İsgəndərli, Rafael İsgəndərov, Abbas Bağırov, Natavan Həbibi və başqaları iştirak edib.

Xatırladaq ki, filmin rejissoru Samir Kərimoğlu, baş rol ifaçısı Fəqan Məmmədovdur.

Fotolar: Nuran Məmmədov