Zidanın maaşı 8 milyon avro oldu

zidanin-maasi-8-milyon-avro-oldu
Oxunma sayı: 1410

Madridin “Real” klubunun prezidenti Florentino Peres yeni qərar qəbul edib. 

Qafqazinfo” xəbər verir ki, o, komandanın baş məşqçisi Zinəddin Zidanın maaşını artırıb. “El Confidencial”ın yaydığı xəbərə görə, Zidanın maaaşı ikiqat artırılıb. Fransız mütəxəssis buna qədər illik 4,25 milyon avro maaş alırdısa, bundan sonra ilinə 8 milyon avro qazanacaq.

Qeyd edək ki, Zidan ötən ilin yanvar ayının 4-dən “kral klubu”nu çalışdırır. “Real” Zidanın rəhbərliyi altında çıxdığı 54 oyunda 42 qələbə qazanıbsa, 10 bərabərlik və 2 məğlubiyyət alıb. “Real” Zidanla birgə Çempionlar Liqasının, İspaniya kubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.