“Zidan möhtəşəm işlər görüb” - Dieqo Simyone

zidan-mohtesem-isler-gorub
Oxunma sayı: 975

“Atletiko”nun baş məşqçisi Dieqo Simyone sabah Çempionlar Liqasının finalında “Real”a qarşı keçirəcəkləri oyundan danışıb.

Qafqazinfo” xəbər verir ki, o, Zinəddin Zidanın Madrid klubundakı işini möhtəşəm adlandırıb: “Zidan möhtəşəm işlər görüb. Məsələn, o, komandaya gələndən sonra Kasemiroya güvənməklə onu təhlükəli futbolçuya çevirdi. Klubu gücləndirməklə yanaşı özünü də əhəmiyyətli məşqçiyə çevirdi. Hazırda Kasemiro “Real” üçün çox vacib futbolçudur. Mən bütün vəziyyətlərdə yaxşı komanda olduğumuzu sübut etməyə çalışacağam. Qələbə qazanmağımız fantastik olar. Belə oyunlarda təcrübəni ortaya qoymaq lazımdır. Düzdür, asan olmayacaq. Bizi ancaq qələbə xoşbəxt edəcək”.