“Yorğunluq nәticәyә tәsir etdi”

yorgunluq-nticy-tsir-etdi
Oxunma sayı: 708

Topaz Premyer Liqasının XXI turunda "Neftçi” doğma azarkeşlər önündə "Xəzər Lənkəran”ı qəbul edib. "Bakcell Arena”da baş tutan oyun "Neftçi”nin 1-0 hesablı qələbəsi ilə başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov qarşılaşmanı şərh edib:

"Gərgin və maraqlı oyun izlədik. Böyük itkilərimiz var idi. Tural Qürbətovun olmaması hücumda sürəli olmağımıza mane oldu. Məcburən müdafiəçi Zaman Mizəzadəni hücuma qoymuşduq. Asif Mirili xəstə idi. Biraz da yorğunluq nəticəyə təsir göstərdi. Hələlik komandamız optimal formada deyil. Düşünürəm komanda mart ayıda optimal formasında olacaq. ”

Elsevər