Yığmamız turniri qələbə ilə başa vurdu

yigmamiz-turniri-qelebe-ile-basa-vurdu
Oxunma sayı: 630

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirib.

Qafqazinfo” xəbər verir ki, 9-cu yer uğrunda oyunda yığmamız Belarus komandası ilə qarşılaşıb. Peterburqski İdman-Konsert Kompleksində keçirilmiş qarşılaşma 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən yığmamız 5:4 (ümumi nəticə: 6:5) hesabı ilə qalib gələrək turniri 9-cu pillədə başa vurub.

Qeyd edək ki, 20 yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar yığmamızın futbolçuları meydana qara sarğı ilə çıxıb.