Yığmamız Malta ilə bərabərə qaldı

yigmamiz-malta-ile-berabere-qaldi
Oxunma sayı: 638

Maltada təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması ikinci yoldaşlıq oyununu keçirib.

“Qafqazinfo”nun AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız Maltanın qadınlardan ibarət milli komandası ilə qarşılaşıb.

Oyunda hesab açılmayıb - 0:0. Bu komandalar arasında noyabrın 25-də keçirlmiş oyun da eyni hesabla başa çatıb.