“Yeni sponsorlar axtarırıq” - Rövnəq Abdullayev

yeni-sponsorlar-axtaririq
Oxunma sayı: 2564

Bu gün AFFA-nın növbəti Hesabat-Seçki konfransı keçirilir. "Qafqazinfo" xəbər verir ki, konfransı giriş sözü ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev açıb. 

AFFA prezidenti klubların maliyyә problemlәrindәn danışıb: "Klublarımızdakı maliyyә problemi hamını üzür. Çünki bu futbolumuza mәnfi tәsir edir. Klublar üçün yeni sponsorlar axtarırıq. Komandalar özlәri dә bu yöndә aktiv işlәr görmәlidir. Klublardakı menecement bölmәlәri inkişaf etdirilmәlidir. Ümid edirәm ki, istәdiyimiz uğurlara nail olacağıq. Bizә hәvalә olunan çempionatları lazımı sәviyyәdә keçirib Avropa futbol ailәsinә qoşulacağıq".

Elsevər Məmmədov