“Yalnız qol çatmadı…” - Qurban Qurbanov

yalniz-qol-catmadi
Oxunma sayı: 999

"Düşünürəm ki, maraqlı oyun alındı. Məncə, yalnız qol çatışmadı".

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə "Zirə"ylə qolsuz bərabərliklə nəticələnən matçdan sonra bildirib.

Təcrübəli mütəxəssis rəqibin onlara qarşı layiqli mübarizə apardıqlarını qeyd edib. O, milliyə gedən futbolçularını da unutmayıb:

"Oyunçularımdan razı qalmışam. Bundan sonra futbolçularımız milliyə gedəcəklər, onlara uğurlar arzu edirəm".