“Xəzər Lənkəran” “Zirə”yə uduzdu - Video

xezer-lenkeran-zireye-uduzdu
Oxunma sayı: 1145

Azərbaycan Premyer Liqasında 14-cü turun oyunları davam edir.

“Qafqazinfo”nun məlumatına görə, günün ikinci qarşılaşması da paytaxtda keçirilib.

"Zirə" doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edib. Matçın taleyini bir qol həll edib. Zaman Mirzəzadənin 49-cu dəqiqədəki avtoqolu meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, Premyer Liqanın 14-cü turuna bazar ertəsi keçiriləcək “Qəbələ” – “Rəvan” oyunu ilə yekun vurulacaq.