“Xəzər Lənkəran” və AFFA arasında pul davası - Kim haqlıdır?

xezer-lenkeran-ve-affa-arasinda-pul-davasi
Oxunma sayı: 1997

Xəbər verdiyimiz kimi, UEFA aşağı yaş qrupunda mübarizə aparan komandalar üçün Azərbaycan klublarına pul ayırıb. “Qafqazinfo” xəbər verir ki, qitə futbol qurumu “Xəzər Lənkəran” a da 171,687,68 avro verib. 

Lakin AFFA bu məbləği cənub klubunun hesabına köçürmək fikrində deyil. Federasiyas səbəb kimi isə klubun onlara və PFL-ə olan borclarını göstərir.

Qurumun saytında yazılan xəbər belədir: ““Xəzər Lənkəran” klubunun AFFA, PFL, FIFA və UEFA qarşısında yerinə yetirilməmiş maliyyə öhdəlikləri olduğu üçün UEFA-nın ayırdığı vəsaitdən AFFA-ya və PFL-ə olan borclar əvəzləşdiriləcək, yerdə qalan məbləğin təyinatı üçün AFFA tərəfindən FIFA və UEFA-ya müvafiq müraciət ünvanlanacaq. Hər iki beynəlxalq futbol qurumunun tövsiyələri əsasında qeyd olunan maliyyə vəsaiti ilə bağlı qərar qəbul olunacaq”.

Cənub klubu buna etirazını bildirib. “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu saytımıza açıqlamasında bunları deyib: “Mən ilk gündən deyirəm ki, klub hüquqi olaraq fəaliyyət göstərib. Əsas komanda olmasa da, aşağı yaş qrupları var. Milli komandalarımız üçün futbolçu yetişdirir. Sadəcə AFFA-nın açıqlamasında bəzi məqamlar çox təəccüblü və anlaşılmazdır. Biz AFFA-nın yekun qərarını gözləyirik. Daha sonra nə addımlar atacağımız bəlli olacaq. Bizim yerli qurumlara borcumuz yoxdur. Buna görə də pul klubun hesabına köçürülməlidir”.

AFFA-nın hüquqşünası Rəmiş Malıyev “Qafqazinfo”ya açıqlamasında məsələyə belə aydınlıq gətirib: “Bu pulu UEFA klublara yaırıb. FİFA-nın bundan xəbəri yoxdur. Bizim də ali futbol qurumu qarşısında gördüyümüz öhdəliklər var. Əgər biz “Xəzər Lənkəran”a bu pulu keçirsək, o zaman ali futbol qurumu qarşısındakı öhdəliklərimizi pozuruq. Ona görə də cəzalana bilərik. Çünki Lənkəran klubunun FİFA-da şikayətləri, futbolçulara borcu var. Bu səbəbdən biz onları soruşmalıyı q. Ali futbol qurumu hansı qərarı versə, ona uyğun da hərəkət edəcəyik”.

Malıyev bu məbləğin kluba köçürüldüyünü, uşaq komandaları və ya əsas komanda arasında fərq qoyulmadığını da sözlərinə əlavə edib.