“Xəzər Lənkəran”ın daha bir üzvü “Sumqayıt”da

xezer-lenkeranin-daha-bir-uzvu-sumqayitda
Oxunma sayı: 724

2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə müqavilə imzalayıb.

Qafqazinfo” xəbər verir ki, “kimyaçılar” son olaraq “Xəzər Lənkəran”da çıxış etmiş cinah müdafiəçisi 1993-cü il təvəllüdlü Vaquf Güləliyevi heyətinə qatıb. Adıçəkilən futbolçu 2 illik sazişə imza atıb.