Xetaq Qazyumov və Toğrul Əsgərov gümüş qazandı - Yenilənib

xetaq-qazyumov-ve-togrul-esgerov-gumus-qazandi-
Oxunma sayı: 31144

Bu gün Olimpiya Oyunlarında sonuncu gündür.

Qafqazinfo” xəbər verir ki, son gündə 2 güləşçimiz medal uğrunda mübarizə aparacaq. 

Bunlardan biri London Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərovdur.

Olimpiya oyunları
XVI gün

Sərbəst güləş

Təsnifat mərhələsi

15:45. Xetaq Qazyumov (97 kq) – Radoslav Baran (Polşa)

1/8 final

15:55. Toğrul Əsgərov (65 kq) – Andrey Kvyatovski (Ukrayna)

***

Toğrul Əsgərov qazandığı ardıcıl xallarla 12:2 hesablı təmiz qələbəyə sevinib. Pəhləvanımız 1/4 finalda Frank Molinaro (ABŞ) ilə güləşəcək.

***

Xetaq Qazyumov da rəqibinə 3:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. Bu mərhələdə onun rəqibi iranlı Mohammed Ali Reza Yazdani olacaq.

***

Toğrul Əsgərov yarımfinala çıxdı.

***

Xətaq Qazyumov artıq yarımfinaldadır.

***

Toğrul Əsgərov italiyalı Frank Markez Xamizonu mübarizədən kənarlaşdırıb. İlk hissəni öndəbitirən Əsgərov ikinci hissədə hesabda geri düşüb. Ancaq sona yaxın fəallaşan pəhləvanımız 7:4 hesablı qələbə ilə finala adlayıb.

T. Əsgərovun həlledici görüşdəki rəqibi rusiyalı Soslan Ramonovdur.

***

Xetaq Qazyumovun növbəti rəqibi özbəkistanlı Maqomed İbraqimov olub. Özbək idmançını 12:3 hesabı ilə üstələyən Qazyumov yarımfinalda mübarizə aparacaq. 

***

Xetaq Qazyumov yarımfinalda Valeri Anditsevlə güləşib. Avropa Oyunlarının finalında məhz bu idmançıya qalib gələrək qızıl medala yiyələnmiş Xetaq bu dəfə də rəqibinə şans verməyib - 11:0.

Onun finaldakı rəqibi son dünya çempionu Frederik Kayl Sneyder olacaq.

***

Toğrul Əsgərov uduzdu.