Xalq Bankda “UEFA U-17-nin kuboku ilə foto” aksiyası

xalq-bankda-uefa-u-17-nin-kuboku-ile-foto-aksiyasi
Oxunma sayı: 827

ASC Xalq Bankı hər zaman ölkəmizdə keçirilən böyük idman tədbirlərinə dəstək verir. Bir müddət öncə Xalq Bank ilə AFFA arasında futbol üzrə UEFA U-17 Avropa çempionatına sponsorluq haqda saziş imzalanıb.

Qafqazinfo” xəbər verir ki, turnir öncəsi tədbirlər planına uyğun olaraq Xalq Bank öz müştərilərinə UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016-nın qalibinə veriləcək kubokla xatirə fotosu çəkdirmək şansı verir. Kubok may ayının 3-də Bankın 28 may küç., 17 ünvanda yerləşən “Mərkəz” filialında təqdim ediləcək və istəyən hər kəs UEFA-17 Avropa Çempionatı Azərbaycan 2016-nın rəsmi kuboku ilə foto”aksiyasında iştirak edə biləcək.

Aksiya Xalq Bankın sponsoru olduğu UEFA U-17 Avropa çempionatına dəstək kampaniyası çərçivəsində keçirilir. Xatırladaq ki, 5-21 may tarixləri arasında Azərbaycanda keçiriləcək futbol üzrə Avropa çempionatı ölkəmizin 2016-cı ildə ev sahibliyi etdiyi böyük idman hadisələrindən biridir.

Aksiya saat 14:00-dan 18:00-dək davam edəcək. Aksiya haqda ətraflı məlumat almaq üçün Bankın filiallarına, www.xalqbank.az  internet səhifəsinə və ya 138 qısa nömrəsi ilə Məlumat mərkəzinə müraciət edə bilərsiniz.