Viktor Valdes klubundan qovuldu

viktor-valdes-klubundan-qovuldu
Oxunma sayı: 1502

Belçika Pro Liqasında mübarizə aparan "Standard" Lyej təcrübəli qapıçısı Viktor Valdeslə yolları ayırıb.

Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı klubun rəsmi saytı yayıb. Məlumatda bildirlir ki, mövsümün son oyunlarında heyətdə daha çox gənc futbolçular çıxış edəcək. Bu mövsüm daha çox zədə ilə mübarizə aparan Viktor Valdeslə müqavilə ləğv edilib və o məxsus olduğu kluba - "Mançester Yunayted"ə dönəcək.

Qeyd edək ki, Lyej təmsilçisi "Standard" qış transfer pəncərəsində Viktor Valdesi "Mançester Yunayted"dən icarəyə götürmüşdü.