“Ümid edirәm ki, “Qarabağ” “Mançester Yunayted”i dә udacaq” - Rəqib məşqçi

umid-edirm-ki-qarabag-mancester-yunaytedi-d-udacaq
Oxunma sayı: 3395

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ” doğma azarkeşləri önündə İsveçin "Höteborq” klubunu qəbul edib. 

Qarşılaşma Ağdam klubunun 3-0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Qarabağ” qrup mərhələsinə vəsiqə qazanan tərəf olub.

Qafqazinfo” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Höteborq”un baş məşqçisi Yörgen Lennartsson fikirlərini bildirib:

- "Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. "Qarabağ” qələbəyə layiq oyun sərgilədi. Rəqibin heyətində yaxşı futbolçular var. Oyuna yaxşı başlamışdıq. Qol buraxdıqdan sonra rəqib hücumların sayını artırdı və biz hücumların qarşısını ala bilmədik”.

- Meydançanın ot örtüyün pis vəziyyətdə olması oyununuza təsir etmədi?

- Hər iki komanda eyni vəziyyətdə oynadı. Meydança ilə bağlı heç nə demək istəmirəm.

- Dünən əhvalınız yaxşı idi. İndi necəsiniz?

- Təbii ki, üzgünəm. Bu gün yaxşı komandaya uduzduğumuzdan sevincliyəm.

- Dünən oyunun belə nəticələnəcəyini gözləyirdiniz?

- İki qol buraxdıq. Erkən qollar oyunumuza təsir elədi. "Qarabağ”ı təbrik edirəm. Ümid edirəm ki, komandanız qrup mərhələsində "Mançester Yunayted”ə rəqib olacaq və onu da udacaq (gülür).