Ulduz futbolçunu ələ saldılar - Maşının yerinə maral bağladılar

ulduz-futbolcunu-ele-saldilar
Oxunma sayı: 1266

"Çelsi”nin son zamanlardakı uğursuz çıxışı komandanın azarkeşləri tərəfindən də birmənalı qarşılanmır.

“Qafqazinfo” xəbər verir ki, doğma komandanın son zamanlardakı uğursuzluqlarından bezən azarkeşlər klub futbolçularını sözün əsl mənasında ələ salırlar. Azarkeşlərin bu dəfəki hədəfi isə ispaniyalı futbolçu Sezar Aspilikueta olub. Çılğın fanatlar klub bazasında Aspilikuetanın avtomobilini saxlayacağı yerə maral bağlayıblar. Bu məqam isə britaniyalı jurnalistlərin gözündən qaçmayıb.

Qeyd edək ki, "Çelsi” Premyer Liqada geridə qalan 14 turdan sonra cəmi 15 xal toplamağı bacarıb və turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.