UEFA-dan “Qalatasaray”a xəbərdarlıq

uefa-dan-qalatasaraya-xeberdarliq
Oxunma sayı: 1033

UEFA “Qalatasaray”ı cəzalandıra bilər. “Qafqazinfo” xəbər verir ki, buna klubun borclarının artması səbəb olub.

Belə ki, keçən il İstanbul nəhənginə xəbərdarlıq edən qitə futbol qurumu komandanın 70 milyon avro borcu olduğunu bildirmişdi. Lakin getdikcə bu borclar artıb və artıq “Cim-Bom”un borcu 90 milyona çıxıb. Bunu əsas gətirən UEFA klubun təhlükədə olduğunu bildirib və hətta buna görə “Qalatasaray”ı 200 min avro cərimələyib.

Qitə futbol qurumunun rəsmiləri türk klubunun idarəçiləri ilə görüşdə İtaliyanın ”Parma” klubunu misal gətirərək borclar çoxaldıqca təhlükənin böyüdüyünü dilə gətiriblər.

Klub prezidenti Ünal Aysal isə UEFA-dan daha 1 il vaxt istəyib. O qeyd edib ki, növbəti mövsüm üçün maliyyə problemlərini aradan qaldıracaqlar.

Qitə futbol qurumunun rəsmiləri isə bu mövsümün əvvəlində edilən transferlərin lazımsız olduğunu, buna görə “Qalatasaray”ın ciddi problemlərlə üzləşəcəyini bildiriblər.