UEFA-dan “Qalatasaray”a 1 illik cəza - Şok

uefa-dan-qalatasaraya-1-illik-ceza
Oxunma sayı: 2554

UEFA “Qalatasaray”ı 1 il müddətinə avrokuboklardan kənarlaşdırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə İstanbul klubunun prezidenti Dursun Özbək məlumat verib.

O bildirib ki, qitə futbol qurumu klubu 164 milyonluq zərərə görə bu cəzaya məhkum edib: “Bizim xərclədiyimiz pulların zərəri böyükdür. 164 milyon həqiqətən yüksək məbləğdir. UEFA bizə xəbərdarlıq etmişdi. Onlardan daha bir şans istədim. Amma vermədilər. Bu haqsız cəzadır. İndiyə qədər klubumuzu idarə edənlərin yol verdiyi səhvlərin cəzasını çəkirik. Klubumuzda heç nə yaxşılığa doğru getmir”.