Tyeri Anri “Arsenal”ın məşqçisi oldu

tyeri-anri-arsenalin-mesqcisi-oldu
Oxunma sayı: 1805

Fransa milli komandasının sabiq üzvü Tyeri Anrinin yeni iş yeri bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, 38 yaşlı veteran futbolçu kimi bir çox uğurlar qazandığı "Arsenal”da çalışacaq.

O, "Arsenal”ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi olub.

Qeyd edək ki, Anri futbolçu karyerası ərzində "Monako”, "Yuventus”, "Arsenal”, "Barselona” və "Nyu York Red Bulls” kimi komandalarda forma geyinib.