Türkiyəli idmançı Rusiyaya buraxılmadı

turkiyeli-idmanci-rusiyaya-buraxilmadi
Oxunma sayı: 1877

Dünya və Avropa çempionu, Türkiyənin milli karateçisi Serkan Yağçının Rusiyaya girişinə icazə verilməyib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Dubaydan Moskvaya gedən Yağçının pasport nəzarətindən geri göndərildiyi,Türkiyəyə qayıtmaq məcburiyyətində qaldığı bildirilib.

Yağçı açıqlamasında Rusiyadan dəvət və icazə yazısının olmasına baxmayaraq Rusiyaya buraxılmadığını qeyd edib.

“Pasport idarəsində bir az gözləyəcəyimi söylədilər. Bu vəziyyətin Türkiyə ilə Rusiya arasındakı diplomatik problemlərdən qaynaqlandığını ifadə etdilər. Polislərin rəftarı yaxşı idi. Hörmətsizlik görmədim. Hətta bir polis məmuru, “İdmanın siyasəti, sərhədi olmaz. Yaşanan hadisələri sizə əks etdirmələri doğru deyil”- deyə mənə bildirdi”.