Türk ulduza ağır cəza - 4 ay futboldan uzaqlaşdırıldı+Foto

turk-ulduza-agir-ceza
Oxunma sayı: 1465

Türkiyə millisinin və "Bayer"in (Leverkuzen) futbolçusu Hakan Çalhanoğlu ağır cəzaya məruz qalıb.

Qafqazinfo” xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) FİFA-nın “Bayer”in yarımmüdafiəçisinə verdiyi 4 aylıq futboldan uzaqlaşdırma cəzasını təsdiq edib.

Qeyd edək ki, “Trabzonspor” oyunçunun cəzalandırılması üçün 2013-cü ildə FİFA-ya müraciət etmişdi. Belə ki, Hakan Çalhanoğlu 2011-ci ildə Qara dəniz klubu ilə müqavilə imzalamaqla bağlı razılıq verib və 100 min avroluq ilkin ödəniş alıb. Amma 22 yaşlı yarımmüdafiəçi çıxış etdiyi "Karlsrue" klubu ilə müqaviləni uzatmışdı. Futbolçu daha sonra "Hamburq"a transfer olmuşdu. Bu səbəbdən "Trabzonspor" 2013-cü ildə FIFA-ya şikayət edib. Çalhanoğlu həmçinin “Trabzonspor”a 100 min avro təzminat ödəyəcək.