“Trabzonspor”dan rəsmi transfer

trabzonspordan-resmi-transfer
Oxunma sayı: 1050

“Trabzonspor” heyətini bir futbolçu ilə gücləndirib.

Qafqazinfo” xəbər verir ki, Qara Dəniz təmsilçisi Moskva "Lokomotiv"inin futbolçusu Yan Duritsanı transfer edib. Bu barədə Trabzon klubunun rəsmi saytından məlumat verilib. Slovakiya milli komandasının üzvü ilə 2 illik müqavilə imzalanıb. 31 yaşlı müdafiəçi Türkiyədə illik 1,3 milyon avro qazanacaq.

Qeyd edək ki, 2009-cu ildən "Lokomotiv"də çıxış edən təcrübəli futbolçu Moskva klubunun heyətində meydana çıxdığı 131 matçda 6 dəfə fərqlənib.