Topaz Premyer Liqasında təqvim dəyişikliyi

topaz-premyer-liqasinda-teqvim-deyisikliyi
Oxunma sayı: 880

Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib. “Qafqazinfo” xəbər verir ki, buna Azərbaycan millisinin martın 7-9-da Qətərin paytaxtı Dohada toplanış keçirməsi və iki ölkə milli komandalarının yoldaşlıq oyunu səbəb olub.

AFFA Peşəkar Futbol Liqasına müraciət edərək bu səbəbdən Premyer Liqanın XXII turunda dəyişiklik edilməsini xahiş edib. Milli komanda amilini nəzərə alan PFL də bununla bağlı qərar verib.

Qərara əsasən XXII turunun “Kəpəz” – “Zirə” və “İnter”“Sumqayıt” matçları martın 11-dən 13-nə, “Qarabağ” – AZAL“Neftçi” – “Qəbələ” matçları 12-dən 14-nə keçirilib. Bir sözlə, tur iki gün sonra baş tutacaq.