Toni Adams Avropa Azərbaycan Məktəbində - Fotolar

toni-adams-avropa-azerbaycan-mektebinde
Oxunma sayı: 1459

Qəbələ” İdman Klubunun futbol direktoru Toni Adams aprelin 28-də Avropa Azərbaycan Məktəbinin (AAM) qonağı olub. O, məktəbin hər iki tədris binasında təşkil edilmiş görüşlərdə şagirdlər və işçi heyətlə görüşüb.

Qafqazinfo” xəbər verir ki, məktəbin direktoru Qrem Pollok çıxış edərək qonağı salamlayıb, dünya futbolunun canlı əfsanəsi haqqında şagirdlərə qısa məlumat verib. Bundan sonra şagirdlər uzun illər İngiltərə yığma komandasının və Londonun “Arsenal” klubunun şərəfini qorumuş məşhur futbol adamı haqqında kiçik videoçarxı izləyiblər. Daha sonra şagirdləri salamlayan Toni Adams onları maraqlandıran sualları cavablandırıb.

Ardınca “Qəbələ” İdman Klubunun kommersiya direktoru Mustafa Aztopal çıxış edərək klubun tanıdılıması istiqamətində Qəbələ şəhərinin məktəblərində aparılan işlər haqqında məlumat verib. “Qəbələ” Klubu analoji addımı burada da ataraq hər bir məktəbliyə hədiyyələr təqdim edib, Toni Adams isə ona verilən ən yaxşı suala görə şagirdlərdən birinə özünün imzalı formasını bağışlayıb.

Sonda Toni Adams şagirdlərlə görüşdən məmnun qaldığını bildirib, onların futbola olan həvəsini yüksək qiymətləndirib və futbolda qazandığı uğurları görən məktəblilərin arzularını reallaşdırmaq üçün bundan sonra daha səylə çalışacaqlarına ümid etdiyini bildirib.