Teo Uiks və Baqali Dabo mövqelərini qorudu

teo-uiks-ve-baqali-dabo-movqelerini-qorudu
Oxunma sayı: 632

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

"Qafqazinfo" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qəbələ"nin futbolçusu Teo Uiks, İvan Triçkovski (AEK Larnaka) və Mirko Mariç ("Lokomotiv" Zaqreb) 5 qolla turnirin bombardiridir.

Ən çox assit edən futbolçular "Bröndbi"dən Andreu Hyulsaqer (5) və "Mitdyulland"dan Rasmus Nissendir (4). "Qəbələ"nin hücumçusu Baqali Dabo 3 məhsuldar ötürmə ilə 3-cü pillədə qərarlaşıb.