Təmsilçimiz “Fənərbaxça” ilə qarşılaşacaq

temsilcimiz-fenerbaxca-ile-qarsilasacaq
Oxunma sayı: 815

Ölkəmizi voleybol üzrə Çempionlar Liqasında təmsil edən “Telekom” və “Azərreyl” növbəti görüşünü bu həftə keçirəcək.

Qafqazinfo” xəbər verir ki, “Telekom” Bakıda Polşa təmsilçisi “Chemik Police” klubunu qəbul edəcək. Görüş yanvarın 10-da Sərhədçi İdman Olimpiya Kompleksində baş tutacaq. Qarşılaşma saat 17:00-da başlayacaq.

“Azərreyl” isə səfərdə Türkiyə təmsilçisi “Fənərbaxça” klubunun qonağı olacaq. Görüş yanvarın 11-də Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.