“Təəssüf ki, qol buraxdıq...”

teessuf-ki-qol-buraxdiq
Oxunma sayı: 630

“İnter”in baş məşqçisi Zaur Svanadze “Botoşani”-“İnter” matçından danışıb. "Qafqazinfo" xəbər verir ki, o, komansından razı qaldığını qeyd edib:

“Bu gün güclü rəqibə qarşı yaxşı oyun keçirdik. Rəqib sürətli oynayırdı, birinci hissədə bizə bir az çətin oldu. “İnter”in realizasiyalarında problemləri oldu, lakin ikinci hissədə artırmağa və sürətli oynamağa başladıq. Oyun sərt keçdi. Yaxşı yoxlama oyunu alındı. Hər iki komandanın qapısı qarşısında qol vəziyyətləri yarandı. Yaxşı qol vurduq, lakin təəssüf ki, “rikoşet”dən qol buraxdıq. Ümumilikdə yaxşı oyun alındı, komandadan razı qaldım”.

Qeyd edək ki, oyun 1-1 hesabı ilə başa çatıb.