Taekvandoçularımız Avropa çempionatında “bürünc” qazandı

taekvandocularimiz-avropa-cempionatinda-burunc-qazandi
Oxunma sayı: 640

Taekvondoçularımız Klublararası Avropa çempionatını medalla başa vurublar.

Qafqazinfo” xəbər verir ki, Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının taekvondoçuları Türkiyənin Antalya şəhərində keçirilən Klublararası Avropa çempionatını medalla başa vurublar. 

Klubun məşqçisi Elməddin Vəliyevin sözlərinə görə olduqca gərgin şəraitdə keçən yarışda Həsən İbrahimov gümüş, Nihad Əlizadə isə bürünc medala layiq görülüblər.

Məşqçi idmançıların nəticəsini qənaətbəxş hesab etsə də, gələcəkdə onlardan qızıl medal gözlədiyini bildirib.