Svanadze stadiondan narazı qaldı

svanadze-stadiondan-narazi-qaldi
Oxunma sayı: 844

“Bu cür meydanda baxımlı oyun sərgiləmək çox çətindir”.

“Qafqazinfo” xəbər verir ki, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 15-ci turunda “Kəpəz”lə oyundan sonra deyib. Gürcüstanlı mütəxəssis gərgin keçən görüşdə qapılara qol vurulmamağını belə şərh edib: “Əgər penaltidən yararlana bilsəydik, hadisələrin axarı başqa cür olacaqdı. Ümumi götürsək, hər iki komanda döyüşdü. Səfərdə qazanılan xalı pis nəticə hesab etmirəm. Klubda maliyyə durumu normallaşır. Futbolçular sentyabr və oktyabr ayları üçün nəzərdə tutulan maaşlarını alıblar, digər ayların maaşları da vaxtında ödəniləcək”.