“Sumqayıt”ın kapitanı “Zirə”nin futbolçusuna hücum çəkdi - Video

sumqayitin-kapitani-zirenin-futbolcusuna-hucum-cekdi
Oxunma sayı: 1021

Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilmiş "Zirə" - "Sumqayıt" matçından sonra insident baş verib.

Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın final fiti səslənən kimi qonaqların kapitanı Vurğun Hüseynov meydan sahiblərinin futbolçusu Yovan Krnetanın üzərinə hücum edib.

Legioner futbolçu buna ciddi əhəmiyyət verməsə də, Hüseynovu komanda yoldaşları və rəqib oyunçular çətinliklə sakitləşdirə bilib. Qeyd edək ki, bu oyun "Zirə"nin qələbəsi ilə yekunlaşıb - 1:0.