“Şübhәli penalti idi…” - Çingiz Abdullayev

subhli-penalti-idi
Oxunma sayı: 1794

Çingiz Abdullayev: “Neftçi”yə olan sevgi digər 9 komandaya olandan çoxdu”

"Qafqazinfo"nun məlumatına görə, “Neftçi” - “Qarabağ” (1:0) matçından sonra “ağ-qaralar”ın Müşahidə Şurasının sədri Çingiz Abdullayev jurnalistlərin suallarını cavablandırıb:

- Komandamız yaxşı oyun nümayiş etdirdi, buna sevinirik. Əsas odu ki, son 2 matçda qol buraxmamışıq. Hansı futbolçular ki, əvvələr deyilirdi, oynaya bilmirlər, bu gün onların necə çıxış etdiyini gördünüz.

- Əsgər Abdullayevin qazandığı nəticələrdən sonra sizin legioner məşqçi gətirmək fikrinizi dəyişəcəkmi?

- Hələ ki, heç nə deyişməyib. Biz onun uğurlarına sevinirik. O, “Neftçi”yə yad adam deyil. Əsgər Abdullayev “Neftçi”dən heç yerə getməyəcək. İnternetdə gedib baxa bilərsiniz, o, komandamızda ən çox oyun keçirən futbolçudu. O bizim müşahidə şuramızın üzvüdü.

- Yəni baş məşqçi kimi nəzərdə tuturuq...

- Hələ ki, işinə davam edir. Bəlkə çempion olacaq , nə bilək?

- Yəni uğur qazansa yeni baş məşqçi gətirmək fikrinizi dəyişəcəksinizmi?

- Ümumiyyətlə, mən tez-tez fikrimi dəyişməyi xoşlamıram. “Neftçi” xalqın komandasıdı. Biz əcnəbi məşqçi istəyirik. Amma bir yandan da Əsgər müəllimin qazandığı nəticələri görürsünüz. Gəlin, ilin axırını gözləyək. “Neftçi” indi 6-cı pillədədi, yavaş-yavaş yüksəlmək istəyirik. Digər 9 komandaya böyük hörmətim var. Heç kim məndən inciməsin amma “Neftçi”yə olan sevgi digər 9 komandaya olandan çoxdu, bu həqiqətdi. “Neftçi” xalqın komandasıdı. Ona görə biz istəyirik ki, uğurlarımız daha çox olsun.

- Lənkərandakı oyundan sonra həmin qələbənin nəyə görə sizə əziz olduğunu bildirmişdiniz. Bəs, bu qalibiyyət sizin üçün xüsusi olaraq, nə iləsə fərqlənirmi?

- 2 ildi ki, “Qarabağ”ı uda bilmirdik. Xatırlayırsınızsa, keçən matçda da biz pis oynamamışdıq. Yalnız son saniyələrdə penalti olmuşdu. İndi təsdiq olundu ki, bu, şübhəli penalti idi. Həmin qərar olmasaydı bəlkə biz ilk matçda da qalib gələ bilərdik. Futbolçularımız gəncdilər. Belə şeylər olanda tez “sınır”lar. Ona görə çalışırıq ki, bu cavan futbolçular özlərinə inansınlar. Bizdə nə qədər cavan futbolçular var, axı niyə yazmırsınız? Biz onların gələcəyinə inanırıq.