SOCAR-dan “Trabzonspor”un stadionu ilə bağlı açıqlama

socar-dan-trabzonsporun-stadionu-ile-bagli-aciqlama
Oxunma sayı: 1822

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Trabzonspor”un yeni stadionuna rəsmi sponsor olacağı ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qafqazinfo” report.az-a istinadən xəbər verir ki, bu barədə "SOCAR Turkey”dən bildirilib.

"SOCAR-ın Türkiyədə hər hansı stadiona sponsor olacağı xəbəri həqiqətdən uzaqdır, şirkətin ümumiyyətlə belə bir planı yoxdur”, - deyə "SOCAR Turkey”dən məlumat verilib.

Qeyd edək ki, Türkiyə mətbuatında Trabzonda inşa edilən "Akyazı” stadionuna sponsor qismində SOCAR-ın da cəlb olunduğu barədə xəbərlər yayılıb.