Sloveniya klubuna keçən azərbaycanlı futbolçudan - “Neftçi”yə təşəkkür

sloveniya-klubuna-kecen-azerbaycanli-futbolcudan-
Oxunma sayı: 1254

Sloveniyanın “Domjale” klubunun formasını geyinən “Neftçi”nin sabiq yarımmüdafiəçisi Samir Məsimov pərəstişkarlara və keçmiş komandasına müraciət ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, futbolçu müraciətində ona dəstək olan məşqçilərinə də təşəkkür edib:

“Mәnim 2 il xalq komandamız olan “Neftçi”dә oynamaq imkanım oldu. Bu komanda mənim həyatımın bir üzvünә çevrildi vә mәn bu imkanı mәnә tanıyan insanlara tәşәkkür etmәk istәrdim. Bütün mәşqçilәrә hansı ki, burda olduğum müddәtdә mәnә kömәk etdi ki, mәn oyunumu inkişaf etdirim. Mәn onların hәr birindən öyrəndim. Komandada mәşq etdiyim vә oynadığım bütün mükәmmәl insanlara. Tәkcә onların futboldakı keyfiyyətlərinə görә yox, elәcә dә bu yolda qazandığım dostluq münasibәtlәrinә. Mәn hәm dә istәrdim ki, komandada layiq olduğu dəyəri görmәyәn bütün personalı vә insanları yada salım. Çünki onlarsız komandanı təsəvvür etmək olmaz.

Nәhayәt mәn әn әsası “Nefçi” fanatlarına təşəkkür etmək istərdim. Mәn onları әn yaxşı fanatlar hesab edirәm. Siz bizә stadiondakı vә stadiondan kәnar çәtin anlarda dәstәk oldunuz. Mәn bunu heç vaxt unutmayacam. Sizә çox tәşәkkür edirәm...”