“Şişirdiləsi heç nə yox idi”

sisirdilesi-hec-ne-yox-idi
Oxunma sayı: 827

Azərbaycan Premyer Liqasının 7-ci turunda evdə "Zirə"ylə heç-heçə edən (1:1) "İnter"in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Qafqazinfo” xəbər verir ki, gürcü mütəxəssis oyunla bağlı bunları deyib:

“Birinci hissədə oyuna nəzarəti biz edirdik. Ancaq ikinci hissədə işlərimiz bir qədər yaxşı getmədi. Rəqib təzyiqi gücləndirdi. Futbolçularımızın bəziləri sıradan çıxdı. Bunun da nəticəsində qol buraxdıq. Bir xal qazandıq. Gələcək oyunlara köklənəcəyik. Ümid edirəm ki, zədəlilər tezliklə sıraya qayıdacaqlar. Bu, futboldu. Məncə, şişirdiləsi heç nə yox idi”.

"Zirə"nin baş məşqçisi Adil Şükürovun fikirləri isə belədir:

“İlk növbədə bizi dəstəkləyən insanlara , azarkeşlərə təşəkkür edirəm. Komandama isə ikinci hissədə sərgilədiyi oyuna görə təşəkkür edirəm. Bizim üçün kritik vəziyyət idi. Mütləq qalib gəlməli idik. İlk hissədə rəqib, ikinci hissədə biz yaxşı oynadıq. Hazırda hücum xəttində problemlərimiz var. Çalışacağıq ki, fasilədə bu çatışmazlığı aradan qaldıraq.

Komanda öz potensialını tam göstərə bilmir. Göstərdiyimiz futbola baxanda görürük ki, heç bir komandadan zəif deyilik. Sadəcə, oyun üslubumuzu dəyişdiyimizdən, bir qədər çətindi. Gələn oyunlarda vəziyyətin düzələcəyinə ümid edirəm”.