Şeydayev yenə meydana çıxmadı

seydayev-yene-meydana-cixmadi
Oxunma sayı: 658

Türkiyə kubokunda qrup mərhələsinin 5-ci turunun görüşləri keçirilir.

Qafqazinfo” xəbər verir ki, milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" səfərdə "Gümüşhanespor"un qonağı olub. Qarşılaşma 0 - 0 hesablı bərabərliklə başa çatıb.

Ramil Şeydayevin adı oyunun iştirak ərizəsinə daxil edilsə də, baş məşqçi Ərsun Yanal gənc hücumçuya şans verməyib.

Qeyd edək ki, 5 turdan sonra aktivində 6 xal olan "Trabzonspor" H qrupunda 3-cü pillədə qərarlaşıb.