“Şəxsi həyatıma görə “Qəbələ”dən ayrıldım” - Ruslan Abışov

sexsi-heyatima-gore-qebeleden-ayrildim-
Oxunma sayı: 1448

Qəbələ”dən ayrılan milli komandamızın üzvü Ruslan Abışovun “Qafqazinfo”ya müsahibəsi:

- Ruslan, mövsümü necə dəyərləndirirsən?

- Normal mövsüm oldu. Təbii ki, zədələr olmasayadı, daha yaxşı adlandırmaq mümkün idi. Zəif və güclü oyunlarımız oldu. Sonda çempionatın bürünc medallarına sahib çıxdıq. Bu da pis nəticə deyildi.

- Topaz Premyer Liqasında rəqabətin aşağı düşməsi hiss olunurdu?

- Rəqabət komandaların səviyyəsindən asıldır. Düşünmürəm ki, elə də maraqsız çempionat keçdi.

- “Qəbələ”ni niyə tərk etdiniz?

- Bunun əsas səbəbi şəxsi həyatımla bağlıdır. Dəyişiklik gözlənilir. Ona görə də paytaxtda yaşamaq istəyirəm. Bu səbəbədən klubu tərk etdim.

- Ayrılığa səbəb az meydana çıxmağın ola bilər?

- “Qəbələ”dən narazılıq etməyə haqqım yoxdur. Çünki hazır olduğum bütün matçlarda meydana çıxmışam. Bu səbəbdən də ayrılmağıma o təsir etmədi. Onlara uğurlar arzu edirəm.

- Bu il daha çox zədələrlə mübarizə apardın. İndi özünü necə hiss edirsən?

- İndi özümü çox yaxşı hiss edirəm. Almaniyada müalicə aldıqdan sonra hər şey qaydasına düşdü. Hazırda tam formadayam. Ümdi edirəm ki, bundan sonra daha yaxşı olacaq.

- Yeni komandanın adına nə vaxt aydınlıq gələcək?

- Özüm milli komandanın düşərgəsində olduğum üçün bütün fikrim burdadır. Karyeramla bağlı danışığı böyük qardaşı Sərxan aparır. Yəqin ki, yaxın günlərdə hansı komandaya keçəcəyimə aydınlıq gələcək. 

- Adın “İnter”lə hallanır...

- Bu barədə heç nə deyə bilmərəm. Çünki bütün fikrim yığmanın təlim-məşq toplanışındadır.

- Milli komandamızın Avstriyadakı təlim-məşq toplanışı necə keçir?

- Yeni seçmə mərhələyə hazırlaşmaq üçün əla şərait yaradılıb. Komandaxili əhval-ruhiyyə çox yaxşıdır. “Qarabağ” və “Neftçi”nin futbolçuları gəldikdən sonra hər şey qaydasına düşdü. Onlar da qoşulandan sonra daha da gərgin çalışmalar olacaq.

- Yığmamıza daha çox gənc futbolçular dəvət olunub. Onlar biz nə vəd edir?

- Heyətə yeni futbolçuların gəlməsi yeni rəqabət deməkdir. Bircə onların özlərini doğrultması qalır ki, bu da gənclərin öz əlindədir. Onlar hər biri çempionatda əla mövsüm keçiriblər. Bir sözlə milliyə layiq olanlar bura çağırılıb.

- Andorra ilə heç-heçə qənaətbəxş nəticə deyil. Razısan?

- Bütün oyunlarda qələbə qazanmaq xoşdur. Andorraya qarşı isə heyətdə 5 yeni futbolçu var idi. Bu müəyyən mənada öz təsirini göstərdi. Əsas heyət meydanda olsaydı, biz onları asanlıqla qalib gələrdik. Baş məşqçinin Andorra kimi komandalarla oyunda eksperiment aparması normaldır. Fikrimcə, nəticəni kənara qoyub baş məşqçinin qərarlarına hörmətlə yanaşmaq lazımdır.

- Makedoniya ilə matçdan nə gözləmək olar. Onlar Andorradan daha güclüdürlər...

- Əsas heyət üzvləri artıq bizimlədir. Növbəti oyuna yaxşı hazırlaşırıq. Qələbə üçün meydana çıxacağıq. Fikrimcə, biz qalib gələ bilərik.

- “Xəzər Lənkəran”ın dağılması sənə necə təsir edir? 2 dəfə formasını geydiyin komanda niyə bu vəziyyətə gəldi?

- Bu klubun dağılması mənə çox pis təsir edir. Fikrimcə, mükəmməl azarkeşə sahib komandanı dağıtmaq olmaz. Necə olursa-olsun hər kəs onların yaşaması üçün səy göstərməlidir. Cənub bölgəsinin futbolsuz qalmasını təsvir etmək çətindir. Çünki onlar bizim Premyer Liqaya lazımdırlar.

- Növbəti mövsüm Premyer Liqada oynamaq üçün 10 komanda tapılmır. Səncə, futbolumuz niyə bu duruma düşdü?

- Bub barədə heç nə deyə bilmərəm. Daxili çempionatda bölgə komandalarının çox olmasını arzu edirəm. Çünki onlar çempionata rəng qatırlar.

Elsevər