“Sevinirəm ki, Azərbaycana getməyəcəyik”

sevinirem-ki-azerbaycana-getmeyeceyik
Oxunma sayı: 3155

Hollandiyanın “Ayaks” klubunun futbolçusu Devi Klassen Avropa Liqasının püşkatmasından danışıb.

Qafqazinfo” xəbər verir ki, o, Azərbaycan klubları ilə düşmədiklərinə sevindiyini deyib.

"Sevinirəm ki, Azərbaycan və Qazaxıstana getməyəcəyik. Bu çox çətin olacaqdı. Məsafə baxımından bu ölkələr çox uzaqdır. Azarkeşlər üçün də, komanda üçün də vəziyyət pis olacaqdı".