“Sevincimdən özümdə deyildim”

sevincimden-ozumde-deyildim
Oxunma sayı: 2188

Bu gün Portuqaliyanın "Sportinq" klubu ilə 5 illik müqavilə imzalayan Budaq Nəsirov bu keçidlə bağlı fikirlərini bölüşüb.

Qafqazinfo” xəbər verir ki, gənc futbolçu klubun rəsmi saytına açıqlamasında fikirlərini bildirib.

Budaq sözlərini belə izah edib:

"Burada olduğum üçün çox şadam. Komandaya kömək etməyi çox istəyirəm. Klubun məni istəməsi, transfer etməsini yüksək səviyyədə qiymətləndirirəm. Menecerimə də təşəkkür edirəm ki, uzun müddət mənim üçün belə bir imkan axtardı. Sevincimdən özümdə deyildim. Çünki "Sportinq" Avropanın ən böyük klublarından biri hesab olunur".

Perspektivli futbolçumuz portuqal dilini bilmədiyini və bunu yaxın vaxtlarda oyrənəcəyini deyib:

"Portuqal dilini bilmirəm, amma öyrənəcəyəm. Meydanda öz keyfiyyətlərimizi nümayiş etdirməyə çalışacağam. Məni tanımayanlara onu demək istərdim ki, məşqlərimizə, oyunlarımıza gəlsinlər və necə olduğumu meydanda öz gözləri ilə görsünlər".

Nəsirov bildirib ki, "Sportinq"in uğurları üçün əlindən gələni edəcək:

"Söz verə bilərəm ki, meydanda özümü daim yaxşı tərəfdən göstərməyə, yüz faiz güc sərf etməyə çalışacağam. Bu, istər məşqlərə, istər yoxlama oyunlarına, istərsə də rəsmi oyunlara aiddir. Öz üzərimdə həmişə ürəkdən çalışmışam və meydanda var gücümü qoymuşam".