Serbiyada güllələnən azərbaycanlı klub prezidenti olub - Video

serbiyada-gullelenen-azerbaycanli-klub-prezidenti-olub
Oxunma sayı: 2439

“Neftçi”nin sabiq qapıçısı Vladimir Miçoviçlə birlikdə Serbiyada atışma nəticəsində yaralanan azərbaycanlı Yaşar adlı şəxsin kimliyinə aydınlıq gəlib.

Qafqazinfo” xəbər verir ki, o, Azərbaycan birinci divizionunda çıxış etmiş və 2011-ci ildə maliyyə problemləri səbəbindən dağılmış “Abşeron” klubunun prezidenti Yaşar Rüstəmovdur.

Belə ki, Miçoviç adıçəkilən klubda oynayan məşqçi kimi fəaliyyət göstərib. Onların münasibətləri də həmin vaxtlara dayanır.

Elsevər