Səfalətdən var-dövlətə...

sefaletden-var-dovlete
Oxunma sayı: 2679

Dünyanın ulduz futbolçuları oyunları ilə yanaşı planetin varlı insanları olmaqları ilə də diqqət çəkir.

Qafqazinfo” xəbər verir ki, bir çox futbolçuların qazancları daim səs-küyə səbəb olub. 

Sizə səfalətdən futbola gəlib varlı olan futbolçuları təqdim edirik:

Madrid “Real”ının və Xorvatiya millisinin ulduzlarından olan Luka Modriç Avropanın ən yaxşı mərkəz oyunçularından sayılır. 31 yaşlı futbolçunun uşaqlığı döyüş bölgəsində keçib. Xorvatiya müstəqillik uğrundan döyüşməyə başlayanda Modriç 5 yaşında idi. Döyüşlərdə Lukanın atası öldürülür. Bundan sonra futbolçunun daha çətin günləri başlayır. Qaçqın düşərgəsində yaşayan xorvatiyalı futbolu heç cür buraxmadı. Üstəlik illər sonra onun uşaqlıq komandası “Hayduk” (Split) onu heyətinə qatmaq istəməmişdi. Zaqreb “Dinamo”sunda parlayan futbolçu “Tottenhem”də oynadıqdan sonra “Real”a transfer edilir. Onun hazırda illik maaşı 6, 7 milyon avrodur.

“Mançester Siti”nin yarımmüdafiəçisi Yaya Ture hazırda xəyallarındakı həyatı yaşayır. Futbolçu uşaqlıq illərini xatırlayarkən ayaqqabı almaq üçün pulları olmadığını bildirib. Lakin o, futbol oynamağa davam edir və ilk klubu “ASEC Mimosas”la anlaşır. Bundan sonra Belçikalıların diqqətini cəlb edən ulduz “Bereven”ə gəlir. Hazırda isə o, bir ilə 15 milyon dollar maaş alır.


“Arsenal”ın və Çilli millisinin ulduzu Aleksis Sançes mətbuata danışmağı sevmir və gecə həyatından da uzaq biridir. O, dünyaya gəlməmişdən öncə atası şəhəri və evlərini tərk edir. Anası Martina onu çox çətinliklə böyüdür. Bir məktəbdə xadimə kimi çalışan Aleksisin anası oğluna futbol formaları ala bilmirdi. Heç bir komandada da çıxış etməyən Sançes futbolu küçələrdə öyrəndi. Bu gün dünyanın ən güclüləri sırasında yer alır. Onun illik maaşı 11, 5 milyon dollardır.


Anxel Di Mariya fəhlə ailəsində dünyaya göz açıb. Ailəsinin futbol oynamaq üçün ona heç nə ala bilməməsi belə argentinalıya mane olmadı. Hazırda PSJ-də çıxış edən Di Mariya ən yaxşı yarımmüdafiəçilərdən biri sayılır. Di Mariyanın illik maaşı 7,2 milyon funt-sterlinqdir.


“Antalyaspor”da çıxış edən Samuel Etonun atası mühasibatçı olmasına baxmayaraq normal bir həyat yaşamaqda çətinliklər çəkirdilər. Kamerun küçələrində futbola başlayan Eto qısa müddət sonra yolunu tapdı. Yerli klubların birində çıxış edən hücumçu “Barselona” və “Çelsi” kimi klublarda oynadı. Hazırda onun illik gəliri 8 milyon avrodur.


Dieqo Armando Maradona – dünyanın ən yaxşı futbolçusu. Çoxlarının “futbolun Allahı” adlandırdığı əfsanə uşaqlığını çox çətin keçirib. 7 qardaşı ilə 1 otaqda yaşayan Maradona futbolu küçələrdə öyrənib. Daha sonra o, yerli klublardan birində oynayrı və bundan sonra ulduzu parlayıb.


Zlatan İbrahimoviçin də uşaqlığı çox çətin keçib. Atası içki düşkünü olan İbrahimoviçin valideynləri 2 yaşında olarkən boşanır. Uşaqlığında oğurluq edən futbolçu bunu sonralar da etiraf edib. Daha sonra o futbolçu olmaya qərar verir və buna nail olur. Zlatan açıqlamasında bunları deyib: “Hər kəs haqqında pis danışırdı. Amma indi tüpürdüklərini yalayırlar”. Hazırda onun illik maaşı 11,40 milyon avrodur.


“Bavariya” və Fransa millisinin ulduzu Frank Riberi uşaqlıqda böyük bir qəza keçirib. Üzünə maşının ön şüşəsi batan futbolçu həmin günləri hər zaman xatırlayır. Qəzadan sonra Riberinin üzünə 100 tikiş atılıb. O, qəzanı unutmaq üçün futbola başlayır və xəyalı olan “Bavariya”da oynayır. Hazırda onun illik maaşı 8,3 milyon avrodur.

“Barselona”nın uruqvaylı ulduzu Luis Suares Solta şəhərində dünyaya göz açıb. Ailəsi o qədər kasıb olub ki, Suares futbolu da məktəbə getdiyi ayaqqıblarla oynayıb. Bu barədə özü də açıqlama verən ulduz həmin günləri hələ də xatırladığını deyib. Onun illik maaşı 10,4 milyon funt-sterlinqdir.


Dünya futbolunun 2 ən güclüsündən biri olan Kriştianu Ronaldo da kasıb həyat yaşayıb. Atası bağban olan ulduz futbolu dəlicəsinə sevib. Küçələrdə bu oyunun sirlərini öyrənməyə başlayan Ronaldonun hazırda illik gəliri 70 milyon avrodur.