“Seçimim yox idi” - Samir Abbasov

secimim-yox-idi
Oxunma sayı: 1358

Topaz Premyer Liqasında 20-ci turun qarşılaşmaları davam edir. 

“Qafqazinfo” xəbər verir ki, "Sumqayıt" doğma meydanda "Zirə"yə 0:2 hesabı ilə uduzub.

"Kapital Bank Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Samir Abbasov məğlubiyyəti belə şərh edib: “Neftçi”ylə oyuna baxdıqda, bu dəfə fərqli idi. Beş əsas oyunçumuz meydana çıxa bilmədi. Bu cür itkilərlə oynamaq çox çətindi. Təəssüf ki, erkən qoldan sonra yaratdığımız epizodlardan yararlana bilmədik. Oyundan tam razıyam. “Neftçi”ylə də bu cür oynasaydılar, qalib gələ bilərdik”.

- Emin Mehdiyevi fasilədə əvəzləmək barədə düşünmüşdünüz?

- Seçimim yox idi. Əvəzedicilərdən 3 oyunçu götürmüşdük. Seçimim olsaydı, əvəzləyərdim.

- Oyundan sonra baş hakimlə uzun müddət mübahisə etdiniz. Səbəb nə idi?

- Qırmızı vərəqə epizodunu müzakirə edirdik. Dedi ki, 100 faizlik “qırmızı” idi.