“Səbəb azarkeşlərdir” - Serjinyo

sebeb-azarkeslerdir
Oxunma sayı: 839

Azərbaycan Premyer Liqasının 9-cu turunun "Kəpəz” – "İnter” oyununda qapılara qol vurulmasa da, matç maraqlı və gərgin mübarizəyə səhnə oldu. “Qafqazinfo” xəbər verir ki, stadiona toplaşan azarkeşlər baxımlı qarşılaşmaya şahidlik etdiklərindən həyacanlı anlar yaşadılar.

Gəncə klubunun portuqaliyalı futbolçusu Serjinyo klub saytına açıqlamasında buna xüsusi ilə toxunub: "Düşünürəm ki, heç kim darıxmadı. Soyuq havaya baxmayaraq, tribunalara xeyli sayda azarkeş toplaşmışdı. Biz Gəncədə daha yaxşı oyun göstəririk. Bunun da səbəbi azarkeşlərdir. Stadiona çoxlu fanat gəlir və biz də onların dəstəyindən güc alırıq.

İstəyirik ki, hər zaman azarkeşlərə qələbə bəxş edək və uğurlu nəticələrlə onları sevindirək. Oyuna gəlincə, birinci hissədə biz, ikinci yarıda isə rəqib qol vəziyyətlərindən yararlana bilmədi. Meydanda onlardan daha çox çalışdıq. Komandamızın oyunu yaxşı alındı. Qol vurmaq üçün şanslarımız olsa da, bəxtimiz gətirmədi”.