“Sauber” “Ferrari”nin yeni mühərriyini istifadə edəcək

sauber-ferrarinin-yeni-muherriyini-istifade-edecek
Oxunma sayı: 633

“Sauber” komandası mövsümün 5-ci yarışı Barselonada “Ferrari”nin yeni mühərriyinə keçəcək.

Qafqazinfo” f-1.az-a istinadən xəbər verir ki, Ferrari komandası Rusiya yarışına qədər ixtiyarında qalan 9 şərti baldan 3-nü istifadə edərək daxili yanma mühərriyinin gücünü artırmışdı.

Bəzi məlumatlara görə, Sauber komandası artıq Barselonada yeni mühərrikdən istifadə edəcək.
Beləliklə, Sauber komandasının sürücüləri Felipe Nasr və Markus Eriksson bu mövsüm ikinci mühərriyə keçəcəklər.

Qeyd edək ki, “Sauber” komandası bildirmişdi ki, onların heç bir aerodinamik yeniliyi olmadığı üçün İspaniyadakı testlərə qoşulmayacaqlar. Bu da o deməkdir ki, yeni mühərrik isveçrəlilər üçün əsl motivasiya olacaq.

“Ferrari” bildirib ki. yeni mühərriyi “Haas” komandası da istifadə edə bilər, amma Hass komandaı bu barədə hələ də qərar verə bilməyib.

“Ferrari”nin sonuncu müştərisi Toro Rosso komandası isə 2015-ci il mühərriyindən istifadə etdiyi üçün bu yeniliklərdən yararlana bilməyəcək.