“Şans böyük deyil, amma var” - Roman Qriqorçuk

sans-boyuk-deyil-amma-var
Oxunma sayı: 1687

"Qәbәlә"nin baş mәşqçisi Roman Qriqorçuk Avropa Liqasında düşdüklәri qrup haqqında fikirlәrini bildirib.

"Qafqazinfo"ya açıqlama verәn ukraynalı mütәxәssis bunları deyib:

"Şans olub-olmayacağını deyə bilmərəm. Təbii ki, bunu məndən eşitməyəcəksiz. Bunu müzakirə etməyin mənası yoxdur. Belə rəqiblərimiz olduğuna sevinirik. Şans böyük deyil, amma var. Deməli o şans üçün mübarizə aparacağıq".