Şahin Diniyev “Qəbələ” ilə oyundan danışdı

sahin-diniyev-qebele-ile-oyundan-danisdi
Oxunma sayı: 631

“Həqiqətən də çətin görüş olacaq. Ümumiyyətlə, son zamanlar asan oyunlarımız yoxdur”.

Qafqazinfo” xəbər verir ki, bu fikirləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev klubunun rəsmi saytına açıqlamasında deyib.

Bu gün Gəncə şəhər stadionunda "Qəbələ”ni qəbul edəcək "Kəpəz” keçirilən son məşqlə qarşıdakı matçın hazırlığını tamamlayıb. Diniyev Premyer Liqanın lideri ilə çətin sınaq öncəsi düşüncələrini bölüşüb:

“Komandanın gücünə uyğun olaraq hər matça maksimum yanaşmalıyıq. "Qəbələ" bundan əvvəlki turda "Qarabağ” üzərindəki qələbədən sonra turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Mənə elə gəlir ki, bizi maraqlı və ağır bir oyun gözləyir. "Kəpəz" bu çətin qarşılaşmaya hazırdır. Hər oyuna hazırlaşdığımız kimi məşq etmişik. Sadəcə, qarşıdakı görüşdə taktiki cəhətdən bir az dəyişikliklər olacaq".

Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" matçı saat 15:30-da başlayacaq.