“Sağ olsunlar, bizə belə şərait yaratdılar”

sag-olsunlar-bize-bele-serait-yaratdilar
Oxunma sayı: 1060

“Qarabağ” ölkə kubokunun yarımfinal mərhələsinin “İnter”lə cavab matçında 1:0 hesablı qələbə qazanaraq (ilk oyun - 4:0) finala vəsiqəni təmin edib.

Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında qarşılaşma haqqında fikirlərini bildirib:

“Komandamı, futbolçularımı, rəhbərliyi və azarkeşlərimizi finala vəsiqə qazanmağımız münasibətiylə təbrik edirəm. Minimum məqsədimiz finala vəsiqə qazanmaq idi. Stadionun rəhbərliyinə təşəkkür edirəm. Sağ olsunlar, bizə belə bir şərait yaratdılar. Mayın 11-də "Qəbələ" ilə matçı da bu stadionda keçirəcəyik. Qarşıda çempionat oyunlarımız var, həmin qarşılaşmalara hazırlaşmalıyıq”.