Sadıq Sadıqovdan böyük mükafat

sadiq-sadiqovdan-boyuk-mukafat
Oxunma sayı: 1569

Sabah baş tutacaq “Neftçi” – “Qaradağ-Lökbatan” matçı heç də sıradan bir kubok oyunu olmayacaq.

“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, 1/16 final mərhələsinin bu görüşü həm də “mehriban düşmənlər”in qarşılaşmasıdı.

Hazırda “Neftçi” İSM-in rəhbəri olan Sadıq Sadıqovun himayəsində olan “Qaradağ-Lökbatan” bu matçda böyük əzmlə mübarizə aparacaq. Çünki Sadıq bəy futbolçularına flaqmanı keçəcəkləri təqdirdə böyük mükafat vəd edib.

Sadıqovun prezidentliyindən yaxınlarda uzaqlaşdırıldığı “Neftçi” məğlub edilsə, hər “Qaradağ-Lökbatan” oyunçusu 3000 dollar “premiya” alacaq.